Bu ölkələrdə insanlar yaxşı yaşayır   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkələrdə insanlar yaxşı yaşayır - SİYAHI

Maraqlı

08 Sentyabr 2022 17:03 1476


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən tərtib edilən İnsan İnkişafı İndeksinə əsasən, 2021-ci ildə dünyanın hər on ölkəsindən doqquzunda həyat səviyyəsi pisləşib.

Yenisabah.az xəbər verir ki, yeni reytinqə əsasən, İsveçrə 2021-ci ildə 0,962 balla dünyanın ən inkişaf etmiş ölkəsi olub.

İkinci və üçüncü sıralarda Norveç (0,961) və İslandiya (0,959) qərarlaşıb. pizza hut

Almaniya 2015-ci ildən bəri 5 pillə geriləyərək 0,942 balla 9-cu yerə düşüb.

1990-cı ildə indeksin ilk reytinqinə başçılıq edən ABŞ indi yalnız 21-ci yerdədir (0,921).

Rusiya (0,822)  siyahıda 52-ci, Ukrayna (0,773) isə 77-ci yerdədir. Gürcüstan 63-cü, Türkiyə və İran müvafiq olaraq 48-ci və 76-cı, Azərbaycan 91-ci  yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!