Bu ölkənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı

Siyasət

27 Dekabr 2019 14:38 955


Xarici İşlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib,

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Sudan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Dominos pizza

Səfir Abbas Abdalla Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq bu görüşün Sudan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Nazir E.Məmmədyarov, öz növbəsində, Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

Sonra səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!