Bu ölkənin prezidenti həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkənin prezidenti həbs edildi

Dünya

15 Yanvar 2025 08:20 2949


Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb. Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir.

Xəbərə görə, müstəntiqlər ölkə Prezidenti Yun Sok Yolu həbs etmək üçün yerli vaxtla səhər saat 7:30-da onun iqamətgahına daxil olub. Dördpendirli pizza

Televiziya kanalları müstəntiqlərin iqamətgaha daxil olmasını canlı yayımlayıb. Prezidentin təhlükəsizlik xidməti və hakim partiyanın deputatları mane olmağa çalışsa da, müstəntiqlər polisin dəstəyi ilə iqamətgaha girə biliblər. Bundan başqa, sarayın ətrafına Prezident Yun Sok Yolu dəstəkləyən 7 minə yaxın adam toplaşıb. Polislərə prezidenti dəstəkləyənlər arasında fiziki toqquşmalar da olub. 

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalifət bununla kifayətlənməyərək parlamentdə Prezidentin impiçmentinə dair qərarın qəbuluna nail olub. İmpiçmentdən sonra ölkədə qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Prezidentin ölkədən çıxışına qadağa qoyulub. Yun Sok Yol istintaqın çağırışlarına məhəl qoymadığı üçün Seul məhkəməsi Prezidentin həbsi ilə əlaqədar order verib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!