Bu ölkənin səfiri İrandan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkənin səfiri İrandan çıxarıldı

Siyasət

04 Sentyabr 2025 18:14 558


Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avstraliya səfirinin Tehranı tərk etdiyini açıqlayıb.

"Azad İran" "Telegram" kanalı bu barədə "Tasnim"ə istinadən məlumat yayıb.

İ.Bəqai Avstraliyanın İranla diplomatik əlaqələri azaltmaq qərarını tənqid edib və bildirib ki, Tehran da bu addıma cavab olaraq Kanberradakı diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. pizza sifarişi

Onun sözlərinə görə, Kanberradakı İran səfirliyinin konsulluq idarəsi fəaliyyətini davam etdirir və Avstraliyada yaşayan iranlılara xidmət göstərir.

Sözçü İrana qarşı antisemitizm ittihamlarını isə "gülünc və əsassız" adlandırıb.

Qeyd edək ki, ötən həftə İranın Kanberradakı səfiri Sidney və Melburn şəhərlərində iki antisemit hücumda İran İslam Respublikasının iştirakına dair sübutlar ortaya çıxdıqdan sonra Avstraliyadan qovulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!