Bu ölkəyə giriş-çıxış qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkəyə giriş-çıxış qadağan edildi

Dünya

07 May 2021 07:19 1206


Norveç hökumətinin ölkəyə giriş məhdudiyyətləri ilə bağlı qərarı mayın 24-dək qüvvədə qalacaq.

Norveç hökuməti dəftərxanasının xəbərinə görə, sonradan bu məhdudiyyətlərin müddətinin daha da uzadılacağı güman edilir.

Norveç hökuməti öz qərarını onunla əsaslandırır ki, krallığın özündə pandemiyanın aşağı düşməsinə baxmayaraq, hazırda dünyadakı ciddi epidemioloji vəziyyət ölkəyə girişdə ciddi məhdudiyyətlərin qüvvədə saxlanmasını tələb edir. Pepperoni pizza

Ədliyyə və fövqəladə hallar naziri Monika Mulandın sözlərinə görə, dünyada baş verən hadisələri diqqətlə izləyən hökumət gələcəkdə də giriş məhdudiyyətlərinin vəziyyətə uyğunlaşdırılmasını təmin edəcək. “Heç kim sərt giriş tədbirlərinin lazım olduğundan daha çox uzanmasını istəmir”, - deyə o bəyan edib.

Qeyd edək ki, mövcud giriş məhdudiyyətləri əcnəbilərin krallığa girişini demək olar tamamilə qadağan edir. Norveçə daxil olmağa icazə yalnız təcili giriş ehtiyacını təsdiqləyən dəlillər təqdim edən şəxslərə verilir. Qalan hallarda sərhədlər bütün əcnəbilər üçün bağlı qalır. Norveç hökumətinin saytında əcnəbilərə mövcud məhdudiyyətlər fonunda ölkəyə girişə imkan verən səbəb və peşələrin siyahısı yerləşdirilib. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!