Bu ölkəyə giriş qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkəyə giriş qadağan edildi

Dünya

27 Dekabr 2020 08:14 889


Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib. Bu zaman ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.

Sənəddə deyilir: “Məhdudiyyət bir sıra ölkələrdə koronovirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir”. Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq. Dördpendirli pizza

Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır. Həmin şəxslərin ezamiyyədən qayıtdıqdan sonra iki həftə müddətinə karantində qalmaması barədə güzəşt ləğv olunur.

Bundan əlavə, koronovirusun yeni ştammının aşkar edildiyi ölkələrdən qayıdan Yaponiya sakinlərindən son 3 sutka ərzində həmin ştammın aşkar edilməməsi barədə arayış təqdim etməsi tələb olunacaq.

Əlavə olaraq qeyd edək ki, oktyabrın 1-dən başlayaraq Yaponiya hökuməti bu ölkəyə gələn əcnəbilər üçün müəyyən yumşaltmalar tətbiq etmişdi. Həmin yumşaltmalar Yaponiyada uzun müddət yaşayan, həmçinin səhiyyə, təhsil, mədəni əlaqələr və digər məqsədlərlə gələn əcnəbilər üçün nəzərdə tutulurdu. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!