“Bu oyun həmişə yadımda qalacaq” - Emin Mahmudov

saytların hazırlanması

Evə çatdırılma

“Bu oyun həmişə yadımda qalacaq” - Emin Mahmudov

İdman

17 Noyabr 2023 01:53 938


"Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib: "Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq". Marqarita pizza

Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub: "Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır".

Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb: "Qollar vurduğum üçün də sevinirəm"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!