“Bu oyundakı hakimlik bizə “İnter”lə matçı xatırlatdı” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Bu oyundakı hakimlik bizə “İnter”lə matçı xatırlatdı” - Qurban Qurbanov

İdman

26 Noyabr 2021 00:57 1018


"Qələbə qazanmaq istəyirdik. Anvaq"qismət olmadı. İndi çalışıb İsveçrədə "Bazel"ə qarşı qrup lideri olmaq üçün mübarizə aparacağıq. Oyundan sonra futbolçularımı gözəl oyuna görə təbrik etdim".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin "Qarabağ" - "Omoniya" oyunu keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Qurban Qurbanov matçla bağlı aşağıdakı fikirləri bildirib: pizza sifarişi

"Qapıçının səhvindən danışmağa, məncə, dəyməz. Biz həmişə ona müdafiədə kömək etməyi tapşırırıq. Bu qolda Şahruddinin səhvindən çox, Qomeşin ustalığını mən qeyd edərdim. Gözəl qol vurdu. Şahruddinə isə bu qola görə heç nə demədim. Əksinə, ona ürək-dirək verdim. Baş hakimin ilk qrup matçı idi. Bu baxımdan təcrübəsiz idi. Qırmızı vərəqə verdikdən sonra sanki bunu kompensasiya etmək istəyirdi. Onun idarəçiliyi birtərəfli idi. Bizim sayılmayan qolumuz və verilməyən penaltimiz oldu. Təkrara baxdıq, hakimlikdə səhv olub. Gələcəkdə belə səhvlər etməsə, yaxşı olar. Bu matç bizə "İnter"lə (Milan) oyunu xatırlatdı"./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!