Bu pişik İndoneziya hökuməti tərəfindən qorunur

saytların hazırlanması

Evə çatdırılma

Bu pişik İndoneziya hökuməti tərəfindən qorunur

Dünya

18 İyul 2025 16:16 415


İndoneziya Prezidenti Prabovo Subiantonun “Bobby Kertanegara” adlı pişiyi dövlət tərəfindən qorunur.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Katibliyinin müavini Curi Ardiantoro məlumat verib.

Onun sözlərinə görə, dövlətin vəzifəsi yalnız prezidentin deyil, həm də ona məxsus əmlakın təhlükəsizliyini təmin etməkdir. “Dövlət onun (pişiyin) mühafizəsini təmin edə bilərmi? Əlbəttə, edə bilər. O zaman bu etirazlar nəyə lazımdır?”, – deyə Ardiantoro Tempo portalına açıqlamasında bildirib. Dördpendirli pizza

Məsələ, Cakartada keçirilən bir tədbirdə prezident pişiyinin bir neçə polis tərəfindən mavi xalça üzərində uşaq arabasında aparılmasını əks etdirən videonun ictimai rezonans doğurmasından sonra gündəmə gəlib.

Məlumata görə, Bobby 2017-ci ildə küçədən götürülüb./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!