Bu planetdə yaşam var imiş... - Görün, nə tapıldı  

saytların hazırlanması

Evə çatdırılma

Bu planetdə yaşam var imiş... - Görün, nə tapıldı  

Maraqlı

19 İyul 2024 18:00 16310


Astronomlar Veneranın atmosferindəki buludlarda həyat əlamətləri ola biləcək elementlər aşkar ediblər. 

Yenisabah.az xəbər verir ki, alimlər Günəş sisteminin ikinci ən isti planeti olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementlər tapıblar.

Astronomlar Havaydakı Ceyms Klerk Maksvell Teleskopunun (JCMT) Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmik Agentliyinin ( NASA ) 1978-ci ildə buraxılmış "Pioner Venera 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar. Araşdırmada təxminən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib.  Marqarita pizza

London İmperial Kollecindən Dr. Dave Clements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsindəki məlumatlardan istifadə ediblər.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!