“Bu problemi dəfələrlə İlham Əliyevlə müzakirə etmişik” - Putin

saytların hazırlanması

Evə çatdırılma

“Bu problemi dəfələrlə İlham Əliyevlə müzakirə etmişik” - Putin

Siyasət

03 Dekabr 2024 00:55 1446


"Xəzərin dayazlaşması məsələsi Rusiya, Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşlərində dəfələrlə müzakirə olunub".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Gənc Alimlər Konqresinin iştirakçıları ilə görüş zamanı bildirib .

Vladimir Putinin sözlərinə görə, Xəzər dənizinin dayazlaşması problemləri əvvəllər Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə müzakirə olunub, bu yaxınlarda isə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə söhbətində bu mövzu qaldırılıb. pizza mizza

“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, - Putin bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!