“Bu, Putini devirmək istəyən qruplaşmanın işidir“ - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Putini devirmək istəyən qruplaşmanın işidir“ - İDDİA

Maraqlı

15 Mart 2022 13:21 1848


Ötən gün Rusiyanın "Pervı Kanal"ının “Vremya” proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın digər əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinə etiraz edib. 

Müharibə əleyhinə olduğunu efirdə bəyan edən şəxs kanalın redaktoru Marina Ovsyannikovadır. O, məlum insident səbəbindən saxlanılıb.

Bəs görəsən, redaktorun efir vasitəsilə bu cür etirazı peşəkar yanaşmadır, yoxsa vəzifədən sui-istifadə? pizza mizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Turan İbrahimov qeyd edib ki, telekanal işçisinin etirazı azad iradəsi ilə edilməyib və burada xarici kəşfiyyatın rolu var:

“Rusiyanın “ORT” telekanalında baş verən hadisə hazırda dünyanın əsas gündəmini təşkil edir. Doğurdan da bu, sensasiyalı hadisədir. Rusiya kimi siyasi mühitdə, hər şeyin total nəzarətdə olduğu bir məqamda, həm də bütün dünya ictimaiyyətinin Rusiya əleyhinə kökləndiyi vaxtda ölkənin əsas platformasının efirində bu cür hadisənin baş verməsi bu sensassiyanı xüsusilə alovlandırır. Buna münasibət birmənalı şəkildədir: Hər kəs bunu qəhrəmanlıq kimi qiymətləndirir. İndiki məqamda bu Rusiya cəmiyyətinin şüur altında olan, səsləndirə bilmədiyi etiraz kimi qəbul edilir. Mən də bu fikirdəyəm, amma həm də düşünürəm ki, bu, sıradan bir işçinin öz iradəsilə həyata keçirdiyi etiraz aksiyası deyil. Təbii ki, burada xarici kəşfiyyat orqanlarının bu və ya başqa şəkildə iştirakı var. Xarici kəşfiyyat orqanlarının müəyyən şəxslərlə müxtəlif formada işləmə üsulları var. Bəzən müəyyən şəxsləri elə yönləndirirlər ki, o insanlar bunu şəxsən özlərinin, öz azad iradələri ilə etdiklərini düşünürlər. Hansısa formada ideoloji, psixoloji təsirlər o insanlarda hiss olunmur”.

Aparıcının sözlərinə görə, bu “sifariş” Rusiyanın hakim elitasından da gəlmiş ola bilər:  

“Baş verən hadisədə birmənalı şəkildə xarici kəşfiyyat orqanlarının əlinin olması hiss olunur. Bir variant da var: Bu hadisə Rusiyanın daxilində, hakim elitanın içərisində baş verən proseslərin də təzahürü kimi görünə bilər. Çünki müəyyən şəxslər artıq Putinə qarşı qalxıblar, onu devirmək istəyirlər. Bu da həmin o qrupların atdığı addım ola bilər. İstənilən halda baş verən hadisə analoqu olmayan bir şeydir. Xüsusilə də Rusiya kimi siyasi sistemdə bunun olması doğurdan da çox maraqlıdır”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!