Bu qadınların milyardlarla pulu var

saytların hazırlanması

Evə çatdırılma

Bu qadınların milyardlarla pulu var

Dünya

05 Mart 2021 08:09 1253


Hər il dünyanın ən varlı adamlarının siyahısını təqdim edən “Hurun Research Institute” təşkilatının hesabatına görə, hal-hazırda milyarderlərin sayı 3228-ə çatıb ki, bu da yeni bir rekorddur.

Məruzədə pandemiyaya baxmayaraq, planetin ən varlı insanlarının 2021-ci il yanvarın 15-nə olan ümumi sərvətinin 32% və ya 3.5 trilyon dollardan 14.7 trilyon dollara qədər artdığı bildirilir.

Siyahıda dünyanın ən zəngin adamı kimi “Tesla” və “SpaceX”in qurucusu 49 yaşlı İlon Mask göstərilir. Qeyd edək ki, onun varidatı bu il 197 milyard dollara çatıb. Dominos pizza

Ondan sonra ikinci sıranı 189 milyard dollarlıq sərvətlə 57 yaşlı “Amazon” şirkətinin sahibi Ceff Bezos tutur. “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernar Arno isə 114 milyard dollar ilə reytinqin üçüncü sırasında yer alır.

“Microsoft”un yaradıcısı Bill Qeyts (110 milyard dollar), “Facebook”un qurucusu Mark Çukerberq (101 milyard dollar) və investor Uorren Baffet (91 milyard dollar) ilk beşlikdədirlər.

İlk onluğa həmçinin sərvəti 85 milyard dollara qədər böyüyən Zhong Shanshan da daxil olub. O, dünyanın ən varlı adamlarının ilk onluğuna daxil olan ilk çinlidir.

Qeyd edək ki, ölkədə yaşayan milyarderlərin sayına görə Çin liderlik edir. İnstitutun verdiyi məlumata görə, ABŞ-da – 696, Çində – 1 058 milyarder yaşayır. Ümumilikdə dünyadakı milyarderlərin yarıdan çoxu Çinin payına düşür.

Ötən il həmçinin Hindistan (177 milyarder), Almaniya (141 milyarder) və Böyük Britaniya (134 milyarder) üçün uğurlu olub.

Şəhərlərə gəldikdə, ilin nəticələrinə əsasən Pekin “milyarderlərin dünya paytaxtı” statusunu qoruyub saxlayıb. Belə ki, ümumi sərvəti 1 milyard dollardan çox olan 145 milyarder məhz bu şəhərdə yaşayır. Şanxayda – 113, Nyu-Yorkda – 112, London və Honkonqda – 82, Moskvada – 68.

Qadın milyarderlərin sayı 231 nəfərə yüksəlib, onların 60%-dan çoxu Çində yaşayır. Dünyanın ən zəngin qadını isə “Wal-Mart” mağazalar şəbəkəsinin sahibinin qızı Elis Uoltondur (74 milyard dollar). (fins.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!