Bu qapıdan o qapıya qol vurdu   - 101 metr məsafədən...

saytların hazırlanması

Evə çatdırılma

Bu qapıdan o qapıya qol vurdu - 101 metr məsafədən...

İdman

23 Mart 2023 15:09 1081


Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Requena öz qapısının sahəsindən möhtəşəm qola imza atıb. 

Yenisabah.az "TNT Sports Chile"yə istinadən xəbər verir ki, o, "Kolo-Kolo" ilə Çili çempionatının oyununun 77-ci dəqiqəsində güclü zərbə endirib.  Requenanın qolu 101 metr məsafədən olub. Bu o deməkdir ki, sözügedən qol mütləq rekord qıra bilər. Daha əvvəl rəsmi oyunlarda qol vurulan ən uzaq məsafə 96,01 metr ("Nyuport"dan Tom Kinq) idi. 

Klub sözügedən qolu Ginnesin Rekordlar Kitabı üçün təqdim edəcəyini açıqlayıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!