“Bu qədər eşşəklə işimiz çətindir” - Ölkəni qarışdıran sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Bu qədər eşşəklə işimiz çətindir” - Ölkəni qarışdıran sözlər

Sosial

22 Mart 2020 17:35 4138


Türkiyənin məşhur "Xəbər Türk" qəzetinin yazarı Fatih Altaylı insanların koronavirusa ciddi yanaşmaması və verilən tövsiyələrə əməl etməməsi ilə bağlı məqalə yazıb.

Yenisabah.az xəbər verir ki, o, məqaləsində qızı və həyat yoldaşı ilə birgə evdə olduğunu, çölə çıxmağın həyat üçün təhülkə yaratdığını qeyd edib. Lakin onun yazısı heç də birmənalı qarşılanmayıb.

"Koronavirus qarşısında bu qədər eşşəklə işimiz çətindir", yazan jurnalist sərt tənqid edilib. Bundan sonra o məsələ ilə bağlı cəmiyyətdə daha bir qıcıq yaradan açıqlama verib: "Dünən bir yazı yazdım. Hamı məni tənqid etdi. Bildirdilər ki, təhqir edə bilmərsən. Yazıda qeyd etmişdim ki, koronavirus qarşısında bu qədər eşşəklə işimiz çətindir. Əvvəlcə çox əhəmiyyət vermədim və açıq şəkildə deməliyəmsə, reaksiyaları doğru hesab etmədim. Ancaq gün irəlilədikcə xəbərlər gəlməyə başladı. Boğaz yenidən insanlarla doludur. İnsanlar yenidən özlərini küçələrə atıblar. Kadıköy çimərliyi dolub-daşır. İzmir və Antaliyadakı vəziyyət də fərqli deyildi. Sonra reaksiya verən oxucuların dediklərini düşündüm. Bəli, mən günahkar idim. Bu böyük bir ayıbdır. Yazdıqlarıma görə bütün eşşəklərdən üzr istəyirəm. Çünki heç eşşəklər o qədərini etmir. Bir çəmənlikdə otlayan eşşəyə orada daim elektrik verilsə, problemləri anlayıb bir daha o çəmənliyə getməyəcək. Lakin bizim insanlar üçün bunların əhəmiyyəti yoxdur". pizza sifarişi

Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyasına yoluxanların sayı 950-ni keçib. 21 nəfər isə virusun qurbanı olub.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!