Prodüser-aparıcı Tarix Əliyev (Tolik) paylaşımı ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, Babək prospektindəki körpünün görüntüsünü yayımlayan Tolik oradan su axdığını bildirib:
"Görün körpüdən necə su axır. Yağış da yağmır. Guya bunu təmir etmişdilər. Bu günlərdə ölkəmizdə əlamətdar bir tədbir üçün bütün işlər görülür və ən əsası, yeni inşa olunan körpülərdir. Bu körpülərin 100, 200 yaşı yoxdur. Amma diqqət etsək, altından keçən su xətləri və ya hər hansı bir işıq xətti, həmçinin digər görünməyən işlər çox səliqəsiz və keyfiyyətsiz şəkildə icra edilib. Bu da fəsadlara səbəb olur. Dövlətimiz büdcəsindən bu qədər vəsait ayırır, amma bəzi qurumlar, yollara və körpülərə cavabdeh olanlar demək olar ki, işləri düzgün etmir". pizza hut
Telegram kanalımız