“Bu qərarlar əhalini məmnun etməyə  bilməz” -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Bu qərarlar əhalini məmnun etməyə  bilməz” - Politoloq

İqtisadiyyat

19 İyun 2019 08:47 1504


“Dünən Azərbaycan Prezidenti tərəfindən əhalini sevindirəcək  15 sərəncam imzalandı. Baxmayaraq ki, 2019-cu ilin əvvəllərində  əhalinin müxtəlif sosial kateqoriyalarına aid olan, insanları sevindirəcək sosial  artım ilə qarşılaşmışıq. Lakin 18 iyun 2019-cu il tarixdə verilən sərəncamla biz yenidən əmək haqqlarının artırılmasının şahidi olduq”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki,  minimal əmək haqqıya görə artıq Azərbaycan MDB-də Rusiya və Belarusiya ilə birlikdə ilk üçlükdə  qərarlaşıb:

“Bundan əvvəl də belə idi, lakin iqtisadi böhrandan sonra neft və qazla zəngin olan ölkədə milli valyutanın inflyasiyasından sonra bir qədər  vəziyyət dəyişmişdi. Lakin qısa müddət ərzində aparılan iqtisadi, maliyyə sahəsindəki islahatlar Azərbaycanın yenidən həmin kürsüyə qayıtmasına gətirib çıxartdı. Ümumilikdə, islahatların əsas səbəbi təbii ki, əhalinin sosial rifahının yüksəldilməsidir. Bütün bunların da bir amili var, xalqın həyatını  düzəltmək. Keçən il bu 130 manat idi. İlin əvvəlində verilən sərəncamla  minimum məbləğ 180 manat oldu. Eyni zamanda fərmana görə, minimum əmək haqqından əlavə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50% artırılması, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki  işçilərinin əmək haqqılarının 40% artırılması, dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi  aparılan müəllimlərin vahid əmək haqqının  orta hesabla 20%, dövlət büdcəsindən maliyyələşən bir sıra  təşkilatlarda çalışan şəxslərin də  aylıq maaşının  40% artırılması nəzərdə tutulub”.  Marqarita pizza

Z.Məmmədov qeyd edib ki, İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın  sosial müdafiəsinin gücləndirilməsi sayəsində  inqilabi addım olub:

“Bu  məqsədlər üçün 1,5 milyard manat  ayrılmışdı. Bu dəfə də əmək haqqlarının artırılmasını az qala bütün sahələrdəki insanlara şamil edə bilərik. Təbii ki, Prezident İlham Əliyevin qəbul etdiyi bu qərarlar əhalini məmnun etməyə  bilməz. Bu o deməkdir ki, Azərbaycan bu illər ərzində bir çox ölkələrdən fərqli olaraq düzgün, rasional siyasət quraraq dünyadakı iqtisadi böhrana baxmayaraq, bu istiqamətdə mühüm addımlar atmış oldu. Bu mərhələni üzü ağ, başıyuxarı olaraq keçə bildik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla müəllimlərin və bir çox dövlət qulluqçularının əmək haqqıları artırılıb.

Əsmər Qabil 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!