Düzgün qidalanmanın sağlamlığa təsiri danılmazdır. Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, daha çox tərəvəz və protein yeyən insanların yaddaşı güclü, bədənləri isə çevik olur.
Sağlam qidalanmaq düşünmək, öyrənmək və güclü yaddaş üçün vacibdir.
Beynin yaxşı işləməsi üçün düzgün qidalanmanın vacib olduğunu bildirən həkimlər bunun üçün faydalı və zərərli qidaları sıralayıb. Sezar pizza
Yenisabah.az beyni kiçildən və zərərlərini saymaqla bitməyən qidaları təqdim edir:
Tərkibində az miqdarda şəkər olan qidaların beyni kiçildənlər sırasında olduğu qeyd edilib.
Bu cür qidaları tez-tez qəbul edən insanların risk altında olduğu ortaya çıxıb. Şəkərli ərzaq beyin hüceyrələrinin ölməsinə yol aça bilər.
Tərkibində az miqdarda şəkər olan karbohidratlar qan şəkərinin sürətlə yüksəlməsinə sonra dərhal düşməsinə səbəb olaraq insulin müqavimətinə səbəb olur.
Həkimlər şəkərli qidalardan, doymuş və trans yağ istifadə olunan yeməklərdən uzaq durmağa çağırır. Mütəxəssislər xüsusilə trans yağların doymuş yağlardan daha təhlükəli olduğunu qeyd edir.
Onlar beynin sağlamlığı üçün spirtli içkilərdən və həddən artıq duz istifadəsindən uzaq durmağın vacibliyini vurğulayır.
Nəzrin Musayeva
Telegram kanalımız