Bu qidalar vaxtından tez qocalmağın qarşısını alır

saytların hazırlanması

Evə çatdırılma

Bu qidalar vaxtından tez qocalmağın qarşısını alır

Sağlamlıq

10 Aprel 2023 18:00 6163


Orqanizmdə B vitamininin çatışmaması dəri və əzələlərin vəziyyətinin pisləşməsinə, idrakın zəifləməsinə səbəb olur. 

“Medicina” xəbər verir ki, B vitamini insan orqanizmi üçün həyati əhəmiyyətli elementdir. Orqanizmdə B vitamininin çatışmaması müəyyən mənfi fəsadlara səbəb olur. Bu fəsadlardan biri də orqanizmin vaxtından əvvəl qocalmasıdır.

Həkim-terapevt Viktoriya Aqalsovanın sözlərinə görə, bu əlamətlər “B” vitamininin çatışmamasından xəbər verir: Dominos pizza

• dərinin qocalması,

• piqmentasiya;

• əzələ zəifliyi;

• nevroloji pozğunluqlar;

• aritmiya;

• tənəffüs problemləri,

• nəfəs darlığı;

•koqnitiv funksiyaların pisləşməsi;

•iştahsızlıq və çəki itkisi;

•yuxu pozğunluqları;

•saç tökülməsi;

•xoşagəlməz bədən qoxusu;

•yorğunluq;

•psixoz.

B vitamini çatışmazlığını müəyyən qidalar, məsələn, maya, çörək məhsulları, kəpəkli un (B1), göyərti, meyvə, yumurta (B3), ət, balıq, qoz-fındıq, paxlalı bitkilər (B5), böyrək, qaraciyər, dənli bitkilər (B9) və balıq (B12) yeməklə aradan qaldırmaq olar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!