“Bu, qonşuluqdan daha çox iki qardaş münasibətidir” -   İlker Başbuğ

saytların hazırlanması

Evə çatdırılma

“Bu, qonşuluqdan daha çox iki qardaş münasibətidir” - İlker Başbuğ

Dünya

23 Oktyabr 2020 14:07 949


"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qonşuluqdan daha çox iki qardaş münasibətidir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ deyib.

O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır: Dominos pizza

“Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar öz torpaqlarının azad edilməsi məqsədi daşıyır. Beynəlxalq hüquq baxımından da bu, haqlı əməliyyatdır. Bundan başqa, unutmaq olmaz ki, 1991-ci ildə başlayan işğal müddətində 20 min azərbaycanlı şəhid olub, mülki şəxslərə yönəlmiş hücumlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Türkiyənin bu müharibədə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından təbii bir şey yoxdur”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!