Bu rayonda həkimlərin maaşı 50 faiz artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonda həkimlərin maaşı 50 faiz artırıldı

Sosial

24 Dekabr 2019 17:10 1023


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sərəncamla Babək rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılır. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!