Bu rayonlara da gecə reysləri açıldı

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlara da gecə reysləri açıldı

Sosial

10 Oktyabr 2019 09:40 1506


18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

“Yeni Sabah” xəbər verir ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək:

• Bakı - Mingəçevir - 23:30 pizza mizza

• Mingəçevir - Bakı - 01:00

• Bakı - Şəki - 23:30

• Şəki - Bakı - 23:30

Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!