Bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarda qaz olmayacaq

Sosial

05 Avqust 2019 08:09 1086


Bu gün səhər saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 

Bu barədə “Yeni Sabah”a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 

Bundan başqa, qeyd olunub  ki,  bu gün səhər saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!