Bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarda qaz olmayacaq

Maraqlı

15 Dekabr 2022 23:10 943


Bu gün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.

Bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib. pizza sifarişi

“Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə “Azəriqaz” İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir”, - deyə qurum əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!