Bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarda qaz olmayacaq

Sosial

27 Sentyabr 2019 08:40 864


Gəncə və bəzi rayonların təbii qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən "Yeni Sabah"a verilən məlumata görə, sentyabrın 27-də saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin həyata keçirəcəyi quraşdırma işləri ilə bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Saat 09:30-dan etibarən isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində qaz fasilələrlə verilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!