Bu rayonumuzda yeni məktəb binası inşa olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonumuzda yeni məktəb binası inşa olunacaq

Sosial

26 Sentyabr 2019 14:45 1038


Quba rayonunun Zərdabi qəsəbəsində 960 şagird yerlik yeni məktəb binası inşa olunacaq.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb üçün tililəcək yeni bina üçmərtəbəli olacaq.

Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laborotoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq. Marqarita pizza

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!