“Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir” - Estoniya millisinin baş məşqçisi

“Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir” - Estoniya millisinin baş məşqçisi

İdman Veb saytların hazırlanması

13 Oktyabr 2023 23:58 637


“Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”.

“Report”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə 0:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib:

“Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!