Bu restoranda nəzarətsiz saxlanılan quşlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu restoranda nəzarətsiz saxlanılan quşlar aşkarlandı

Sosial

27 Noyabr 2025 16:22 566


Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında baytarlıq nəzarəti olmadan saxlanılan quşlar aşkar olunaraq aidiyyəti qurumlara təhvil verilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının epizootoloji komissiya ilə birgə keçirdiyi monitorinq zamanı məlum olub.

Agentlik bildirir ki, təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması və biotəhlükəsizlik tələblərinə riayət olunması məqsədilə aparılan yoxlama zamanı quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib. Daha sonra ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər icra edilib. pizza mizza

AQTA tərəfindən prosesin nəzarətdə saxlanıldığı qeyd olunur.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!