“Bu, Rusiyanın xalqımıza olan sayğısızlığının bariz göstəricisidir”

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Rusiyanın xalqımıza olan sayğısızlığının bariz göstəricisidir”

Siyasət

22 May 2019 12:08 1250


Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyəti jurnalist Fuad Abbasovla bağlı bəyanat yayıb. 

"Yeni Sabah"ın məlumatına görə, bəyanatda qeyd edilir ki, uzun müddətdir Rusiyanın paytaxtı Moskvada yaşayan və fəaliyyət göstərən soydaşımız, tanınmış jurnalist Fuad Abbasovun bu il mayın 18-də saxlanılaraq Rusiya polisinin qəddar və aşağılayıcı hərəkətlərinə məruz qalması, Azərbaycan ictimaiyyətində böyük hiddətlə qarşılanıb:

"Rusiya paytaxtında aktiv jurnalist fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həmin ölkənin müxtəlif telekanallarında təşkil edilən siyasi verilişlərdə Azərbaycan və Türkiyənin mövqeyini hər zaman qətiyyətlə müdafiə edən Fuad Abbasovun belə bir yolverilməz münasibətlə üzləşməsi qəbuledilməz hal olmaqla yanaşı, Rusiya hüquq-mühafizə orqanlarında hökm sürən ksenofob atmosferin bariz təsdiqidir. Fuad Abbasovu saxlayan Rusiya polis əməkdaşları jurnalistə qarşı əsassız və qeyri-adekvat güc tətbiqi azmış kimi, foto və video görüntülərini də yaymaqla qeyri-insani hərəkətlərini tamamlamış olublar. Bu münasibət nəinki intellektual fəaliyyətlə məşğul olan azərbaycanlı jurnalistin Moskvada məruz qaldığı bu zorakılıq nümunəsi, müəyyən mənada həm də Rusiyanın bütövlükdə Azərbaycana və xalqımıza olan sayğısızlığın bariz göstəricisidir". Dominos pizza

Bəyanatda həmçinin bildirilib ki, Fuad Abbasovun Moskvada üzləşdiyi zorakılığın Azərbaycanda cəmiyyətində geniş təpki yaratmasına, media və sosial şəbəkələrdə baş vermiş hadisənin qətiyyətlə pislənməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti vətəndaşımıza yönəlik təhqiramiz olayla əlaqədar səssizliyini qoruyur:

"Hadisədən artıq 3 gün ötsə də, olay ölkə gündəminin əsas mövzularından birinə çevrilsə də nə Azərbaycanın Xarici İşlər Nazirliyi, nə Diaspora Komitəsi, nə də ki Moskvadakı səfirliyimiz vətəndaşımızın döyülməsi ilə bağlı hər hansı formada reaksiya bildirməyə tələsmir. Müvafiq dövlət qurumlarının məlum hərəkətsizliyi bu və ya başqa səbəblərdən ölkəmizdən kənarda yaşamaq məcburiyyətində qalmış milyonlarla soydaşımızın Azərbaycan dövlətinin dəstəyindən tam məhrum qaldığını, Fuad Abbasovun timsalında vətəndaşımızın taleyinin hakimiyyət üçün əhəmiyyət daşımadığını əyani surətdə təsdiqləyir. 

Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyəti jurnalist Fuad Abbasovun Moskvada Rusiya polisləri tərəfindən fiziki təzyiqlərə məruz qalaraq, təhqir olunmasını milli ayrı-seçkilik zəminində baş verən polis özbaşınaığı kimi qiymətləndirir və qətiyyətlə pisləyir. AXH İdarə Heyəti Rusiyada əsassız olaraq həbs edilmiş Fuad Abbasovun hüquqularının qorunması istiqamətində təcili və təsirli addımlarını atılmasını, o cümlədən, jurnalistə qarşı zorakılığa yol vermiş Rusiya polislərinin ciddi şəkildə cəzalandırılmasına nail olmağı tələb edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!