Bu şagirdləri   SEVİNDİRƏCƏK XƏBƏR - NAZİR AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Bu şagirdləri SEVİNDİRƏCƏK XƏBƏR - NAZİR AÇIQLADI

Sosial

29 Sentyabr 2025 19:49 502


"Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq".

Yenisabah.az xəbər verir ki, bunu "Report"a elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq. pizza sifarişi

Nazir vurğulayıb ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir:

"Biz prioritet olaraq şəhərin mərkəzində yerləşən məktəbləri və daha çox təsir göstərə biləcək məktəbləri cəlb etməyə çalışırıq. Layihə pilot səviyyəsindədir və məqsəd uşaqların məktəbə təhlükəsiz və rahat daşınmasını təmin etməkdir".

E.Əmrullayev əlavə edib ki, dövlət layihənin ilkin mərhələsində müəyyən subsidiya və dəstək mexanizmləri ilə iştirak edəcək, lakin şagird sayı artdıqca ödənişin valideynlər tərəfindən qarşılanması nəzərdə tutulur: "Layihənin əsas məqsədi həm uşaqlar üçün rahat nəqliyyat təmin etmək, həm də tıxacların azaldılmasına töhfə verməkdir. Saylar artdıqca qiymətlər tədricən optimallaşdırılacaq".

Nazir qeyd edib ki, bu layihə təhsil və nəqliyyat sahəsində innovativ yanaşmanın bir nümunəsi olacaq və gələcəkdə daha geniş tətbiq edilə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!