“Bu, sağlamlıq üçün də böyük fəsad deməkdir” -   Bakıdakı problem nələrə səbəb ola bilər?

saytların hazırlanması

Evə çatdırılma

“Bu, sağlamlıq üçün də böyük fəsad deməkdir” - Bakıdakı problem nələrə səbəb ola bilər?

İdman

04 Fevral 2020 09:44 1649


Bakının bəzi rayonlarında idman meydançalarının çatışmazlığı müşahidə olunur. Məsələn, basketbol (stritbol), voleybol, mini-futbol oynamaq və ya sadəcə turnikdən və digər idman qurğularından istifadə etmək üçün yerlər mövcud deyil. Belə yerlərin hamısı girişi pullu olan idman mərkəzlərində yerləşir. Əksər gənclər və tələbələrin isə bu cür idman komplekslərinə girişi maddi cəhətdən imkansızdır. 

Bununla bağlı "Yeni Sabah"a da şikayətlər daxil olur. Bildirilir ki, Yeni Yasamalda yeniyetmə və uşaqların məşq edə biləcəyi bir idman meydançası yoxdur.

Bununla bağlı hansı işlər görülür? Bakı Şəhər İcra Hakimiyyətində bu barədə hansısa plan, layihə varmı? pizza sifarişi

Bakı Şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, bu istiqamətdə  tədbirlər həyata keçirilir, işlər görülür:

“Bu gün Bakı şəhərində abad məhəllə və həyətlərin yaradılması işləri həyata keçirilir. Bu işlər həm İDEA təşkilatı, həm də şəhər və rayon icra hakimiyyələri tərəfindən görülür. Digər qurumlar da bu işlərdə iştirak edir. Həyətlərin təmiri zamanı mini-futbol, basketbol, şahmat meydançaları, velosiped zolaqları yaradılır, müxtəlif idman qurğuları quraşdırılır. Bunlar hamısı yeniyetmə və gənclərin idmanla məşğul olması üçündür. 

Həyətlərdə, eləcə də keçən il istifadəyə verilən parklarda (Səbail rayonundakı park, Atatürk və s.) qurulmuş idman qurğularından istifadə pulsuzdur. Həmçinin rayonların Gənclər və İdman İdarələri tərəfindən ərazidəki tədris müəssisələrinin idman kompleksləri və zallarından yarışlar üçün istifadə edilir. 

Bu ilin sonuna kimi bütün rayonların ərazisində bir neçə belə abad məhəllələrin əsaslı təmir edilməsi nəzərdə tutulub. Məsələn, yanvar ayının 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Yasamal rayonu, Parlament prospekti 2b, 4, 6a ünvanında abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yanvarın 31-də Səbail rayonu Badamdar qəsəbəsində belə həyətin açılışı olub. Təkcə keçən il paytaxt rayonlarında 50-dən çox  abad həyət yaradılıb”.

Pediatr Vaqif Qarayev isə saytımıza açıqlamasında bildirib ki, uşaq və yeniyetmələrin idmandan kənar qalması sağlamlıq üçün ziyandır və bu onlarda müəyyən fəsadlar yaradır:

“Bütün dünyada qəbul edilmiş sağlam həyat tərzi var. İdman da onun bir tərkib hissəsidir. İndi baxın, kök, toppuş uşaqlar artıb. Bunun hamısı hərəkətsizlikdəndir. Uşaq da, böyük də bütün günü internetin qarşısında oturur. Bu internet də bir bəladır. Qapalı həyat tərzi kifayət qədər problem yaradır və yaradacaq. Ona görə də idmanla məşğul olmaq lazımdır. Skalyoz deyilən bir xəstəlik var. Onun ən yaxşı müalicə üsulu üzgüçülükdür, gimnastikadır. 

Təxminən, 10-15 il əvvəl üzgüçülük deyiləndə, valideyinlər uşaqlarının oraya getməsinə razı olmurdu, amma indi razı olurlar. Şəhərin müxtəlif yerlərində də üzgüçülük məkanları görürəm. Sadəcə olaraq, oradakı gigiyena qaydaları məni qane etmir. Vaxtında təmizləmirlər, hovuza da çox uşaq buraxırlar. Bu da müəyyən xəstəliklərin yaranması deməkdir. 

Böyüyən orqanizm hərəkətdə olmalıdır. Bunun üçün də idman vacibi şərtdir. Lakin xoşuma gəlməyən bir nüans var. İdmana heç bir aidiyyatı olmayanı güləş, ağırlıqaldırma kimi ağır idman sahələrinə aparıb qoyurlar. Onsuz da, bu uşaq idmançı olmayacaq. Düzdür, özünü qoruma fəndlərini hər kəs bilməlidir. Amma buna görə onu ağır idman növlərinə qoymaq sağlamlıq üçün də böyük fəsad deməkdir”.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!