Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12%, o cümlədən dövlət sektorunda 13%, özəl sektorda isə 11 % artıb. pizza mizza
Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3% çoxdur.
Telegram kanalımız