Bu DSK buraxıla bilər - Məzahir Pənahov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu DSK buraxıla bilər - Məzahir Pənahov açıqladı

Siyasət

22 Fevral 2020 20:11 1913


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb. "Yeni Sabah" xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib. Q. Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb. Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib. Q. Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb. MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib. /APA
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!