Bu səhər metroda nə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Bu səhər metroda nə baş verib?

Sosial

09 Oktyabr 2025 10:06 438


Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.

Yenisabah.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin izahına görə, "Elmlər Akademiyası" stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olub. Buna görə də maşinist qatara baxış keçirib.

Qapılarda heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib. Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığından, o, "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır. Toyuqlu pizza

Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!