Bu şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq -   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bu şəhər və rayonlar gələn il dövlət büdcəsindən dotasiya almayacaq - Siyahı

Sosial

18 Oktyabr 2019 15:54 1244


2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. 

"Yeni Sabah" bildirir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir. 

Sənədlərə əsasən, söhbət Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarından gedir.  Dominos pizza

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!