Bu şəhərdə çirkli havaya görə evdən işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəhərdə çirkli havaya görə evdən işləyəcək

Dünya

17 Dekabr 2025 23:58 497


Hindistanın paytaxtı Dehlidə hava çirkliliyi səbəbindən həm dövlət, həm də özəl sektorda işçilərin yarısı evdən iş rejiminə keçir.

"Yeni Sabah" xəbər verir ki, məcburi xarakter daşıyan qərar dekabrın 18-dən qüvvəyə minəcək. Əmək naziri Kapil Mişra bildirib ki, paytaxtdakı bütün dövlət və özəl qurumlar işçilərinin 50 faizinin distant fəaliyyətə keçməsini təmin etməlidir. Bununla belə, qərar tibb ocaqları, fövqəladə hallar kimi vacib xidmətlər göstərən qurumlara aid deyil. Qaydalara əməl etməyən qurumlara qarşı sərt tədbirlər görüləcək.

Nazirlik hesab edir ki, bu addım gündəlik gediş-gəlişi və nəqliyyat vasitələrindən atmosferə zərərli maddələrin atılmasını azaltmaq məqsədi daşıyır. pizza

Qeyd edək ki, təxminən 30 milyon adamın yaşadığı Dehlidə xüsusən qış aylarında hava çirkli olur. Havanın keyfiyyətinin pisləşməsinə səbəb olan amillər qonşu əyalətlərdə küləşin yandırılması, sənaye fəaliyyəti, avtomobil trafiki və geniş tikinti işləridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!