Bu şəhərlərdə yaşayanların nəzərinə! Güclü qar gəlir

saytların hazırlanması

Evə çatdırılma

Bu şəhərlərdə yaşayanların nəzərinə! Güclü qar gəlir

Dünya

23 Yanvar 2025 10:31 457


Qardaş ölkədə qış sərt üzünü göstərməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə Meteorologiya Nazirliyindən bugünlə bağlı əhaliyə xəbərdarlıq edilib.

Məlumata əsasən, Türkiyənin bəzi bölgələrində qar yağışı gözlənilir. Kayseri vilayətinin Tomarza rayonunda səhər saatlarında arabir qar yağışı müşahidə ediləcək, intensivlik gözlənilmir; ümumi qar örtüyü 1-3 sm arasında dəyişəcək. Erzurum vilayətinin Çat rayonunda isə günorta saatlarında qar yağışı gözlənilir, təxminən 1 sm-ə qədər qar örtüyü əmələ gələ bilər. Sezar pizza

Bununla yanaşı, bəzi yüksək dağlıq ərazilərdə də qar yağışı ehtimalı var. Məsələn, Hakkari və Şırnak bölgələrinin yüksək hissələrində qar yağışı proqnozlaşdırılır.

Qeyd edək ki, Türkiyənin şimal, mərkəzi və şərq bölgələrində havanın temperaturu 5-9 dərəcə aşağı enəcək. Xüsusilə Qərbi və Şərqi Qara dəniz bölgəsinin daxili hissələri ilə Ardahan və Hakkarinin yüksək bölgələrində qar yağışı gözlənilir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!