İllər keçdikcə bəzi evli cütlüklər bir-birindən soyumağa başlaya bilər. Burada partnyorların zamanla fərqli şəxsiyyətlərə çevrilməsi və ya xarakterlərinin fərqlənməsi də təsirli ola bilər. Bu vəziyyətdə uzun müddət davam edən evliliklərə maneələr yarana bilər.
Bəs görəsən, uzunmüddətli və xoşbəxt evlilik mümkündürmü və bunun sirri nədir?
Yenisabah.az bir çox araşdırmanın mövzusu olan xoşbəxt evlilik üçün qızıl məsləhətləri təqdim edir: Marqarita pizza
PUL MÖVZUSU:
Bir çox evli cütlüklər arasında pul tez-tez əsas müzakirə mövzusudur. Araşdırmalar insanların özlərindən tamamilə fərqli şəxsiyyətlərə malik insanlara aşiq olduğunu göstərsə də, iqtisadi baxımdan yaxın olmaqları vacibdir.
Xüsusilə istehlak vərdişlərində oxşar olan cütlüklər digərlərindən daha xoşbəxt bir evliliyə sahib olurlar.
CİNSİ HƏYAT:
Xarici amillər də nikahlara mənfi təsir göstərə bilər. Kənardan təsirlənən cütlüklər bunu evliliklərinə əks etdirdikdə ciddi problemlərlə üzləşə bilərlər. Araşdırmalar da göstərir ki, evli cütlüklərin müntəzəm cinsi əlaqədə olması evliliyə müsbət təsir edir. Əslində cinsi həyatı nizamlı və zövqlü etmək problemlərin öhdəsindən gəlməyi asanlaşdırır. Üstəlik, 50 yaşlarında olan kişilərin 30-40 yaşlarında olan kişilərə nisbətən cinsi həyatından daha çox razı olduğu bildirilir.
SEHİRLİ CÜMLƏ: TƏŞƏKKÜR EDİRƏM
Sizə xoşbəxt evliliyin sirri tək bir cümlədir desək inanarsınızmı? Niyə də olmasın... Araşdırmalar da təsdiq edir ki, “Təşəkkür edirəm” cümləsi cütlükləri xoşbəxt edir. Gündəlik ev işlərində və ya partnyorların bir-birinə kömək etdiyi tapşırıqlarda bu sadə ifadədən istifadə sehr kimi təsir göstərir.
Digər sehirli söz isə "Biz"dir. Bu müsbət yanaşma münasibətlərin dinamikasında da özünü göstərir, xüsusən də cütlüklər fikir ayrılıqlarından danışarkən bir olduqlarını bildirmək üçün “biz” sözündən istifadə etdikdə effektiv olur. Beləliklə, mənfi münasibət daha az nümayiş etdirilməyə başlayır. Təəssüf ki, "Sən" və ya "Mən" nümunələri münasibətləri çıxılmaz dalana aparır.
DÖZÜMLÜ YANAŞMA:
Evliliklərdəki problemlər cütlüklər bir-birinin üstünə getdikcə daha da böyüyür. Bu səbəblə evliliklərində problem görən cütlüklərin tək çıxış yolu kimi bir-birini günahlandırmaq əvəzinə, dözümlü və səbrli olmağa çalışmalıdır.
SEVGİ HƏMİŞƏ ZAMANA MEYDAN OXUYUR:
Araşdırmalar göstərir ki, uzun müddətli xoşbəxt evliliyi olan cütlüklər illər keçsə də, həyat yoldaşlarına aşiq olurlar. Bu nöqtədə həyat yoldaşınıza romantik sevgi ilə bağlanmaq və münasibəti “vərdişə çevirmək” arasında böyük fərq var. Sevgini uzun müddət canlı saxlamaq üçün mütləq səy göstərmək lazımdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız