“Bu səhvi özümə heç cür bağışlaya bilmirəm” - Sahib Alıyev üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

“Bu səhvi özümə heç cür bağışlaya bilmirəm” - Sahib Alıyev üzr istədi

Siyasət

08 Oktyabr 2020 21:50 2278


"Burada ("Facebook"da-red) işğal altındakı daha bir rayonumuzun azad olunmasıyla bağlı tvit paylaşılmışdı. Həddən artıq sevindiyimdən və tvit formaca tam bundan öncəkilərə bənzədiyinə, onu paylaşanları isə ciddi biriləri saydığıma görə əlavə araşdırma aparmadan tez-tələsik öz sevincimi sizinlə də bölüşmək istədim. Ancaq az sonra sözü gedən tvitin saxta olduğunu görərək öz paylaşmamı pozdum".

Yenisabah.az xəbər verir ki, bu barədə deputat Sahib Alıyev məlumat yayıb.

"Neçə il informasiya ilə işləmiş bir adam kimi bu səhvi özümə heç cür bağışlaya bilmirəm və hər kəsdən üzr istəyirəm" - S.Əliyev qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!