Bu sənədləri təhvil verməyənlər 500 manat cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu sənədləri təhvil verməyənlər 500 manat cərimələnəcək

Sosial

08 Oktyabr 2019 10:37 1109


Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib.

"Yeni Sabah"ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunub. pizza

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!