Bu sənədlərin verilməsi də “ASAN xidmət” vasitəsilə həyata keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu sənədlərin verilməsi də “ASAN xidmət” vasitəsilə həyata keçirilə bilər

Sosial

21 Sentyabr 2019 08:11 958


Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə qurumun rəhbər işçiləri, ekoloji normativ sənədlər hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Vətəndaşların məmnunluğunun təmin olunması üçün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib. pizza mizza

Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəflərin bu işdə yaxından iştirak etməsinin vacibliyi vurğulanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!