Bu şəraitdə yaşayan məcburi köçkün ev təklifindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Bu şəraitdə yaşayan məcburi köçkün ev təklifindən imtina etdi

Sosial

30 Dekabr 2019 05:47 1168


"Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, bu barədə informasiya verildikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq  şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb".

Komitədən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, aparılan araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılan şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır: "G. Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.

Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boşmənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!