Bu şəsxlərin hərəkəti sərbəstdir - Nazirlər Kabineti

saytların hazırlanması

Evə çatdırılma

Bu şəsxlərin hərəkəti sərbəstdir - Nazirlər Kabineti

Sosial

03 Aprel 2020 22:41 2071


Himayəsində olan şəxslərə xidmət göstərən vətəndaşların xüsusi karantin rejimi dövründə evdən icazəsiz çıxması sərbəstdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

“Tənha insanlar var ki, fiziki imkanlarına görə evdən çıxa bilmirlər, hətta onların evdən çıxmaları da qadağandır. Amma onlara xidmət göstərən adamlar var. Yəni indiyə qədər xidmət göstəriblər. Bəziləri 3-5 il xidmət ediblər deyə, onların xasiyyətini bilirlər və bir-birilərinə öyrəşiblər. Bu da çox mühüm bir amildir.  pizza sifarişi

Ona görə də həmin şəxslər sosial xidmətçi kimi qeydiyyatda olmasalar belə himayəsində olan şəxslərə xidmət göstərmək azadlığı və sərbəstliyi var. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd olunub ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidmətinə icazə verilir. Ona görə də bu xidmətçilər himayəsində olan şəxslərin evinə gedib onlara xidmət göstərə bilərlər. Sadəcə “icaze.e-gov.az” portalına daxil olub, qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov vurğulayıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!