Bu şəxs eyni ölkəyə ikinci dəfə səfir təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxs eyni ölkəyə ikinci dəfə səfir təyin edildi

Siyasət

12 Mart 2020 14:23 931


Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Yaponiyadakı səfiri təyin edilən Gürsel İsmayılzadə ikinci dəfədir ki, bu vəzifəyə təyinat alır.

Yenisabah.az xəbər verir ki, o, 2011-2019-cu illərdə də bu ölkədə səfiri olub. 2011-ci ilin avqustunda bu vəzufəyə təyin edilən Gürsel İsmayılzadə 2019-cu ilin yanvarında geri çağırılıb.  

Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. pizza sifarişi

1992-93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.

1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.

2010-11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!