Bu şəxsin yerini deyənə 10 milyon mükafat

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxsin yerini deyənə 10 milyon mükafat

Dünya

11 Aprel 2020 08:33 6673


Birləşmiş Ştatlar Livanın "Hizbullah" hərəkatının İraqdakı lideri Məhəmməd Kavtarani haqqında informasiya üçün 10 milyon ABŞ dolları məbləğində mükafat vəd verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Mükafat hərəkatın İraqdakı yüksək vəzifəli komandiri adlandırılan Kavtaranini fəaliyyəti, əlaqələri və tanışları haqqında informasiyanı çatdırana veriləcək. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir. pizza hut

"Məhəmməd Kavtarani "Hizbullah"ın İraqdakı qüvvələrinin yüksək vəzifəli lideridir. O, daha əvvəl general Qasım Suleymani təşkil etdiyi İranla əlaqəli hərbiləşdirilmiş qruplaşmaların siyasi koordinasiyasını öz üzərinə götürüb", - xəbərdə deyilir.

Xatırladaq ki, ABŞ İran generalı Qasım Süleymanini yanvarda Bağdadda keçirdiyi xüsusi əməliyyatın gedişatında öldürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!