Bu şəxslər 1 il vergi ödəməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 1 il vergi ödəməyəcək

İqtisadiyyat

23 Oktyabr 2019 16:55 1019


Publik hüquqi şəxslərə vergi güzəşti tətbiq ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnaməsində nəzərdə tutulan və ona həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün büdcə qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. pizza mizza

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!