Bu şəxslər 10 min manat cərimə olunacaq – Qanuna dəyişiklik

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər 10 min manat cərimə olunacaq – Qanuna dəyişiklik

İqtisadiyyat

26 Dekabr 2023 07:30 13328


Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.

“Yeni Sabah”ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur. Dominos pizza

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gulsum
    SALAM.BU ERİZEMLE YAZİB SİZDEN XAHİS EDİREM Kİ,KARTİMİN SİFRESİNİ YARİBLAR.OZUM DE QRİCADAN İSLİYE BİLMİREM.KASİB BİRİYEM.SOSİAL FLAN ALMİRAM.XAHİS EDİREM MENE YARDİM EDESİNİZ.
    2 years ago
  • Haller
    Son vaxtlar cerime cerime arxasinca...neden acaba?!
    2 years ago
  • Rəvan
    Salam bu ərzəmdə yazb sizdən xaiş edrəmki maddi imkanım çox aşağıdı özümdə işləyirəm amma pul çatdıra bilmirəm özmə ev qura bilmirəm üstəlik 1 övladımda oldu xərclərim çox oldu iynə dərman aldıqım maaşda aptekdədi xaiş edrəm mənə sosial yardım edesiz ???? çox ehtiyacım var .
    2 years ago