Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər hər ay iki dəfə pensiya ala biləcəklər

Sosial

24 Sentyabr 2025 08:32 40866


Azərbaycanda ilk dəfə olaraq özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bu fondlar dövlət pensiya sistemindən fərqli olaraq, əhalinin könüllü şəkildə topladığı vəsaitlərin saxlanılmasına xidmət edəcək.

Məqsəd vətəndaşların pensiya yaşına çatdıqda yalnız dövlət pensiyasından deyil, eyni zamanda özəl fondlardan da əlavə ödəniş almasına şərait yaratmaqdır. Sezar pizza

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə qanunvericilik bazasının hazırlanması üzərində çalışır. Qanunvericilik mərhələsi başa çatdıqdan sonra layihə Milli Məclisə təqdim olunacaq.

Özəl pensiya fondlarının üstünlükləri:

Vətəndaşların pensiya dövründə gəlirlərini artırmaq imkanı yaradır.

Dövlət pensiya sistemindən asılılığı azaldır.

Əmanətlərin müxtəlif investisiya alətlərinə yönləndirilməsi ilə vəsaitlərin dəyəri artırıla bilər.

Uzunmüddətli dövrdə həm vətəndaşa, həm də ölkə iqtisadiyyatına əlavə maliyyə resursları qazandırır.

Qeyd edək ki, özəl pensiya fondları bir çox ölkələrdə uğurla tətbiq olunur. Türkiyədə "Bireysel Emeklilik Sistemi (BES)" vətəndaşlara dövlət pensiyasından əlavə gəlir imkanı yaradır. Qazaxıstanda da oxşar model mövcuddur və illərdir fəaliyyət göstərir. Həmçinin ABŞ, Kanada və bir sıra Avropa ölkələrində özəl pensiya fondları əhalinin sosial təminat sisteminin mühüm hissəsi hesab olunur.

Mütəxəssislərin fikrincə, bu fondların Azərbaycanda da tətbiqi vətəndaşların pensiya təminatını gücləndirməklə yanaşı, maliyyə bazarlarının inkişafına da mühüm təkan verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Niyaz
    Salam. Unibank leobank barədə şikayətlər yazıram,niyə işıqlandırmiyırsinız?
    8 months ago
  • Rena
    Bu yigilan oz pulumuzdan sohbet gedir budcemde yigilan pensionni
    8 months ago
  • Elmar
    Çox Gözəl Addımdır. İşlə və Gələciyin Qur. Gələcəyin düşünməyənə gözəl Tənbehdir. Dövlətin borcudur baxsın deyə bir şey yoxdur Dövlətə ver Nəzarət Etsin Ədalətlə İdarə etsin.
    8 months ago