Bu şəxslər hərbi xidmətə çağırılır? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər hərbi xidmətə çağırılır? - Rəsmi açıqlama

Sosial

04 İyun 2025 19:51 1566


Bəzi vətəndaşlar Azərbaycanda və yaxud xaricdə qiyabi formada ali təhsil alırlar. Əksəriyyətin bildiyi kimi, əyani təhsil alanlara əsgərlikdən möhlət verilir. Lakin bu məsələdə qiyabi təhsil alanların vəziyyəti bəzən sual doğurur. Maraqlıdır, bu möhlət hüququ qiyabi təhsil alanlar üçün də keçərlidir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsilin ölkə daxilində və ya xaricində alınmasından asılı olmayaraq, əgər təhsil forması qiyabidirsə, həmin şəxslərə müddətli həqiqi hərbi xidmətdən möhlət verilmir.

Möhlət hüququ yalnız əyani təhsil alanlara şamil olunur. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!