Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək - Nazir müavinindən   Şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək - Nazir müavinindən Şad xəbər

Sosial

11 Oktyabr 2019 16:26 2858


Pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.

"Yeni Sabah" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alırlar: Dominos pizza

“Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır.

Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra bu barədə məlumat veriləcək”, - deyə nazir müavini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!